Kriştiano Ronaldo kumirlərinin adını açıqlayıb.
"Əl-Nəsr və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo kumirlərinin adını çəkib.
"Operativ Media" xəbər verir ki, bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.
“Ronaldo və Ronaldinyo bir miras və tarix qoydular. Onlardan daha çox fərdi titul qazandığımı deyə bilərəm, amma hər ikisi dünya çempionu oldular. Mən onların oyunlarına baxaraq böyümüşəm və deyərdim ki, ikisi də mənim kumirimdir. Hansının daha yaxşı olmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar futbol tarixinə öz töhfələrini veriblər”
Qeyd edək ki, 40 yaşlı Ronaldo karyerası ərzində 925 qol vurub.