RU

97-ci “Oskar”ın qalibləri bilindi

Kino dünyasının və Amerika Kino Akademiyasının ən nüfuzlu mükafatlarından biri olan Oskar Mükafatlarının qalibləri bəlli olub.

Bu il ABŞ-ın Los-Anceles şəhərindəki “Dolby Theatre”da 97-ci Oskar mükafatlandırma mərasimi keçirilib.

Komediya ustası Konan O'Brayenin aparıcılığı ilə keçirilən mükafatlandırma mərasiminin açılışında amerikalı pop müğənni Ariana Qrande və britaniyalı müğənni və aktrisa Sintia Erivo çıxış ediblər.

97-ci təqdimetmə mərasimində “Anora” “Ən yaxşı film” mükafatını, “Ən yaxşı rejissor” mükafatını isə bu filmin rejissoru Şon Beyker qazanıb.

Filmdə “Ani” obrazını canlandıran amerikalı aktrisa Mayki Medison “Ən yaxşı aktrisa” mükafatını alıb.

Amerikalı aktyor Adrien Brody 10 nominasiya üzrə namizədliyi irəli sürülmüş “The Brutalist” filmindəki roluna görə “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Kostyum dizayneri Pol Teyzvell Ən Yaxşı Kostyum Dizaynı mükafatını qazanan ilk qaradərili şəxs olduğu üçün tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

***

Qəzza münaqişəsindən bəhs edən “Başqa torpaq yoxdur” sənədli filmi də “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.

Oskar mərasiminin görkəmli mükafat kateqoriyaları və qalibləri aşağıdakı kimidir:

Ən yaxşı film: “Anora”

Ən yaxşı rejissor: Şon Beyker – “Anora”

Ən yaxşı aktrisa: Mayki Medison – “Anora”

Ən yaxşı aktyor: Adrien Brodi – “The Brutalist”

Ən yaxşı ikinci plan qadın rolu: Zoe Saldana –- “Emilia Peres”

Ən yaxşı ikinci plan aktyoru: Kieran Culkin – “Əsl ağrı” (“A Real Pain”)

Ən yaxşı orijinal mahnı: El Mal – “Emilia Perez”

Ən yaxşı operator işi: “The Brutalist”

Ən yaxşı vizual effektlər: “Dyuna: İkinci hissə” (“Dune: Part Two”)

Ən yaxşı animasiya: “Axın”

Xarici dildə ən yaxşı film: “Mən hələ də buradayam” – Braziliya

Избранный
29
vaxt.az

1Источники