“Roma”nın çalışdırıcısı Klaudio Ranyeri İtaliya A Seriyasında fevral ayının ən yaxşı məşqçisi seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
73 yaşlı mütəxəssisin baş məşqçisi olduğu paytaxt klubu fevralda keçirdiyi 4 matçdan üçündə qələbə qazanıb, birində heç-heçə edib. "Qurdlar" ötən ay "Montsa"nı 4:0, "Parma" və "Venetsiya"nı 1:0 hesabı ilə yenib, "Napoli" ilə 1:1 edib.
“Roma” A Seriyasında 27 matçdan sonra 43 xalla səkkizinci sırada qərarlaşıb.