Olaylar.az xəbər verir ki, Rusiya vətəndaşı, Mərkəzi Asiya regionunun bir ölkəsindən olan şəxs, özünə hazırladığı partlayıcı qurğuları Moskva ətrafındakı yəhudi mədəniyyət müəssisələrində və Moskva metrosunun bir stansiyasında partlatmaq istəyib.
Terrorçu bu məqsədlə kəşfiyyat aparmış və lazımi komponentləri əldə etmişdi. Planına görə, hücumları həyata keçirəndən sonra Afganistana gedib beynəlxalq terror təşkilatına qoşulmağı niyyətində olub.
FSB-nin əməkdaşları tərəfindən saxlanarkən o, silahlı müqavimət göstərib və nəticədə cavab atəşi ilə zərərsizləşdirilib. Terrorçunun mənzilində partlayıcı qurğuların hazırlanmasında istifadə olunan silah və materiallar aşkar edilib.
Hazırlanan terror aktları ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci bəndi, 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (terrorçuluğa hazırlıq) və 205.5-ci maddəsinin 2-ci hissəsi (terror təşkilatının fəaliyyətində iştirak) ilə cinayət işi açılıb.