RU

Kral III Karl Zelenskini Sandringem malikanəsində qəbul edib- ÖZƏL

2 mart tarixində Böyük Britaniya Kralı III Karl Ukrayna Prezidenti Volodimir Zelenskini İngiltərənin şərqində, Norfolk qraflığında yerləşən Sandringem malikanəsində qəbul edib.

Olaylar.az xəbər verir ki,  Zelenski Avropa liderləri ilə görüşdən sonra britaniya monarxı ilə bir araya gəlib. Bu görüşdə Rusiya-Ukrayna münaqişəsinin həlli yolları müzakirə olunub.

Bildirilib ki, Kral III Karl Zelenskini səmimi qarşılayıb. Onların çay süfrəsi ətrafında keçən görüşü təxminən bir saat davam edib.

Ukrayna Prezidenti görüşün çox yaxşı keçdiyini bildirib və Krala Ukraynaya dəstəyinə görə təşəkkür edib.

Qeyd edək ki, III Karl daha əvvəl də Zelenskiyə və Ukraynaya dəstəyini ifadə edib. Onlar ilk dəfə 2023-cü ildə, Zelenskinin Böyük Britaniyaya gözlənilməz səfəri zamanı Bukingem sarayında görüşüblər. Həmin gün Kral III Karl Vilşirdə təlim keçən Ukrayna hərbçilərini də ziyarət etmişdi.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
olaylar.az

1Источники