İnfluenser Aysel Şükürova şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, bloger açıqlamanı instaqram səhifəsində izləyicilərdən gələn sualları cavablayarkən verib.
İzləyicilərdən birinin “Yenidən evlənirsiniz?” sualına A.Şükürova “Hər-halda bu zarafatdır” qısa cavabını verib.
Qeyd edək ki, A.Şükür ilk əri Elşən Əsgərlidən qalmaqallı şəkildə ayrılıb. O, daha sonra Oqtay Əhmədovla ailə qurub. Ayselin ilk nikahdan bir, ikinci evliliyindən isə iki oğul övladı var. Aysel aylar əvvəl üçüncü dəfə Kapadokiyada ailə qurub. A.Şükür keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.
