Misir yığmasının və İngiltərənin "Liverpul" klubunun hücumçusu Mohamed Salah ən çox sevdiyi futbolçunun adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, hazırda şərəfini qoruduğu komandanın canlı əfsanələrindən saıyılan Stiven Cerrarda sevgisini gizlətməyib.
"Biz Playstaton oynayanda, həmişə Cerrardı seçirdim. Stiven uzaqdan zərbələr endirirdi və çoxlu qollar vururdu. Hər tərəfdən qapını nişan alırdı və hədəfə düşürdü. Mən onunla real həyatda 2 dəfə görüşmüşəm. Stiveni inanılmaz uğurlar qazanan böyük insan sayıram", - deyə Salah vurğulayıb.
Qeyd edək ki, Cerrardın bombardirlik bacarığını indi "Liverpulda məhz Salah davam etdirir. O, cari mövsümdə 39 oyunda 30 dəfə rəqib qapılarına yol tapıb.