RU

Tacikistanda hakim partiya parlament seçkilərində qalib gəlib

Bakı, 3 mart, AZƏRTAC

Tacikistan Xalq Demokratik Partiyası (XDP) ölkədə keçirilən parlament seçkilərində 22 yerdən 12-ni əldə edərək qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, Tacikistanın Aqrar Partiyası beş yer, İqtisadi İslahatlar Partiyası isə üç yer qazanıb. Sosialist Partiyası və Tacikistan Demokrat Partiyası da daxil olmaqla kiçik partiyaların hər biri bir yer qazanıb.

Tacikistan Kommunist Partiyası parlamentdə təmsil olunmaq üçün lazım olan beş faizlik baryeri keçə bilməyib. Nəticədə qeydə alınmış altı siyasi partiyadan beşi deputat mandatlarını təmin edib.

Rəsmi rəqəmlər seçicilərin 85,3 faizinin iştirak etdiyini göstərir.

Qeyd edək ki, martın 2-də yerli vaxtla saat 06:00-da başlayan seçkilər parlamentin aşağı palatasına deputatların seçilməsi üçün keçirilib. Tacikistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının məlumatına görə, ölkə üzrə 41 birmandatlı seçki dairəsi yaradılıb. Bundan əlavə, xaricdə yaşayan vətəndaşlar üçün Tacikistanın 28 ölkədəki diplomatik nümayəndəliklərində 36 seçki məntəqəsi yaradılıb.

Избранный
22
1
azertag.az

2Источники