RU

Toppaylayıcımız tay-brekdə sevinib

Qadın voleybolçular arasında Rusiya çempionatında növbəti turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, 25-ci tur çərçivəsində Azərbaycan millisinin toppaylayıcısı Kristina Besmanın formasını geyindiyi “Yenisey” Minsk “Minçanka”sını qəbul edib.

Görüş təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb. Krasnoyarsk klubu rəqibini tay-brekdə məğlub edib – 3:2 (26:24, 25:19, 17:20, 20:25, 15:12).

Bu qələbədən sonra aktivindəki xalları 16-ya yüksəldən “Yenisey” 12-ci pillədə qərarlaşıb. Lider Kazan “Dinamo”sundan nə az, nə çox – 55 xal geri qalan Besmanın komandası pley-off şansını itirib.

Qeyd edək ki, “Yenisey” növbəti turda “Tulitsa”nın qonağı olacaq. Görüş martın 6-da keçiriləcək.

İdman.biz

Избранный
26
idman.biz

1Источники