RU

Ağdamda tortdan zəhərləndikləri ehtimal olunan şəxlərin kimliyi müəyyənləşib

Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub.

“Report”un verdiyi xəbərə görə, həmin şəxslər aşağıdakılardır:

- 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı

- 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu

- 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu

- 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl

- 2006-cı il təvəllüdlü Əsədova Türkan

- 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət

Qeyd edək ki, Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanıldığını bildirib.

Избранный
78
8
qaziler.az

10Источники