Bakı, 3 mart, AZƏRTAC
Amerika lideri Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüşə hazırlıq tempi daha da sürətlənib.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, fevralın 28-də Ağ evdə Donald Trampın Volodimir Zelenski ilə mübahisəsi yaxın həftələrdə ABŞ-Rusiya münasibətlərinin bərpası ilə bağlı danışıqların növbəti raundu üçün əlavə stimul olub.
Qeyd edək ki, fevralın 12-də Donald Trampla Vladimir Putin arasında telefon danışığı olub. Kremlin məlumatına görə, iki ölkənin liderləri şəxsi görüşlərin təşkili də daxil olmaqla, təmasları davam etdirmək barədə razılığa gəliblər.
Fevralın 18-də Rusiya liderinin köməkçisi Yuri Uşakov Tramp-Putin görüşünün konkret tarixinin hələ müəyyən edilmədiyini bildirib.