RU

Messi niyə son matçda oynamayıb? - Baş məşqçisi səbəbi dedi

İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano komandanın superulduzu Lionel Messinin MLS liqasında "Hyuston Dinamo"suna qarşı keçirdikləri səfər matçında oynamamasının səbəbini deyib.

Fanat.Az xəbər verir ki, ESPN argentinalı mütəxəssisin sözlərini belə çatdırıb:

"Leo kimi öz bədənini tanıyan, orqanizminin çağırışlarını anlayan ikinci futbolçu görməmişəm. 6 günə 3 oyun keçirəndən sonra Messinin istirahət etməsinə qərar verdik. Bu qarşılaşmanın səfər matçı olduğunu da nəzərə aldıq".

Xatırladaq ki, oyun "İnter Mayami"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Nihat

Избранный
28
fanat.az

1Источники