RU

İranda 5 yaşlı uşaq öldürüldü - 9 polis həbs edildi

İranda 5 yaşlı uşağın qətli ilə bağlı 9 polis həbs edilib.

Söz.az xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı – HRANA məlumat yayıb.

Hadisə Sistan və Bəluçistan əyalətinin İranşəhr bölgəsində silahlı atışma zamanı baş verib. 

Məlumata görə, azyaşlının ölümünə səbəb polis qüvvələrinin özbaşına atəş açması olub. 

Bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırılma aparılır. 


Избранный
61
soz.az

1Источники