RU

Leyenin məqsədi bu ola bilər: Avropa qorxu içində

Bəzi Aİ ölkələri ehtiyat edir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen böhranı nəzərə alaraq, Ukrayna üzrə qarşıdan gələn Avropa sammitində Brüsselin səlahiyyətlərini genişləndirə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Politico” yazır.

“Milli paytaxtlarda Ursula fon der Leyenin böhrandan Brüsselin səlahiyyətlərini yeni sahələrə genişləndirmək və milli hökumətlərə təsirini artırmaq üçün istifadə edəcəyi ilə bağlı narahatlıq var”, - nəşrin analitikləri Aİ-dəki mənbələrə istinadən qeyd edib.

Məqalədə deyilir ki, Polşa və Finlandiya Brüsselin səlahiyyətlərinin mümkün genişləndirilməsinin əleyhinədir. AK-nın blokun xarici siyasətinə getdikcə daha çox müdaxilə etməsi Avropa rəsmilərinin də xoşuna gəlmir.

Избранный
17
publika.az

1Источники