RU

Türkiyədə illik inflyasiya 39%-ə enib

Türkiyədə illik inflyasiya yenidən azalıb.

Aktual.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin fevral ayında illik inflyasiya 39.05% təşkil edib. Yanvar ayında bu rəqəm 42.12% təşkil etmişdi. Yanvar ayında istehlak qiymətləri əvvəlki aya görə 2.27% artıb.

Qeyd edək ki, əvvəlki ilin fevral ayına nisbətən ən az artım göstərən əsas qrup 20.84%-lə geyim və ayaqqabı, ən çox artım qeydə alınan əsas qrup isə 94.90%-lə təhsil qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45%-lə may ayında qeydə alınıb.

Избранный
58
22
ulusum.az

10Источники