RU

Paytaxtımız niyə yaşıllaşmır?

Bir qədər əvvəl RTV kanalında "Keşlə" bazarı adlanan ərazidəki yaşıllığın məhv edilməsi ilə bağlı xəbər paylaşılmışdı. Xəbəri öz sosial şəbəkə hesabında Aysel Hüseynova paylaşmışdı. Aysel xanımdan şəhərimizin yaşıllıq problemi ilə bağlı açıqlama verməsini xahiş etdik. Açıqlamanı sizə təqdim edirik:

"Bir şəhərin yaşıllıq həllinin düzgün qurulması, həm ekoloji davamlılığın təmin edilməsi, həm də şəhər sakinlərinin həyat keyfiyyətinin artırılması üçün vacib bir addımdır. Bu proses diqqətli planlaşdırılaraq həll edilməlidir. 

Təəssüf ki, bu gün Bakı şəhəri bəzi biznesmenlər üçün eksperiment zonasıdır. Son 30 ildə Bakı şəhərinə xeyli uğursuz materiallar gətirilərək tətbiq olunub. Alüminium kompozit panelləri, penoplast üzlükləri buna misal göstərmək olar. Bakı eksperiment meydanına çevrilib. “Bayılşəhər” məhəlləsinin tarixdən silinməsi, Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçələrinin kəsişməsində yerləşən yeni avtomobil yolunun çəkilməsi üçün ağacalar köçürülmə yerinə məhv edilməsi təbii ki ürək ağrıdıcı mövzudur. Şəhər küçələri boyunca ağacların əkilməsi -  həm kölgə təmin edir, həm də havanın keyfiyyətini yaxşılaşdırır. Bu gün təəsüf ki, park adı altında sanki qolf meydançaları yaradılır. Dünya şəhərsalma layihələrində yaşıllıq sahələrinin prioritet tutduğu, çoxmərtəbəli binaların damlarında və divarlarında yaşıl çatılar və vertikal bağların yaratdığı halda biz tam əksini edirik. Habuki, yaşıl çatılar və divarlar vizual cazibə yaratmaqla paralel  istilik izolyasiyasını təmin edir, şəhərdə toz və səs-küyün azalmasına kömək edir. Yaşıllıq həllinin düzgün qurulması, şəhər həyatının ekoloji, iqtisadi və sosial sahələrdə balansının qorunması üçün mühüm rol oynayır. Unutmayaq ki, yaşıllıqlar həm şəhərlərin davamlı inkişafını təmin edir, həm də sakinlərin sağlamlığına və rifahına müsbət təsir göstərən əsas faktordur."


Избранный
36
news24.az

1Источники