RU

"Bu, əhali üçün şad xəbərdir" - Nazir müavini

Mingəçevirdə İES-in yenidən qurulması nəticəsində 1,5 milyard kubmetr qaza qənaət edəcəyik.

"Unikal" xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.

"Bu da Abşeron qaz yatağından çıxan qaza bərabərdir. Bu, əhali üçün şad xəbərdir. Çünki daha ucuza enerji əldə edə biləcəklər", - deyə nazir müavini bildirib.

Anar Kəlbiyev

Избранный
41
unikal.az

1Источники