RU

Barselonada Petrosyanla yeyilən xəngəl: Adnan Əhmədzadə ermənilərin planını necə pozub?

Bir neçə gün öncə "Barselona" prezidenti Xuan Laportanın Bakıya səfər etməsi və burada klubun akademiyasının açılması ilə bağlı qərar verilməsi Ermənistanda şok effekti verib.

Publika.az xəbər verir ki, bu, marketinq üzrə ekspert Alfred Petrosyanın açıqlamasından sonra məlum olub.

Onun sözlərinə görə, İspaniya nəhənginin akademiyası region üzrə eksklüziv olaraq Ermənistanda açılmalı idi. Lakin iş adamı Adnan Əhmədzadə onların planını pozub:

"Barselonan"ın bizim qonşu ölkədə futbol akademiyası açacağını artıq bilirsiniz. Düşünürəm ki, bütün bunlarla bağlı bəzi detalları açmağın vaxtıdır.

"Barselona"nın akademiyası Ermənistanda açılmalı idi. Mən bütün bu prosesi bir ildən çox idarə etdim, nəticədə biz 134 səhifəlik razılığa gəldik, hər iki tərəfin hüquqşünasları tərəfindən yoxlanıldı və bu, reallığa çevrilməli idi. Razılaşmada xüsusi bənd var idi ki, yaxın 40 ildə "Barselona" bizim icazəmiz olmadan regionda başqa akademiya aça bilməzdi.

"İnstaqram" səhifəsində çarx yerləşdirməli olan Ronaldinyonu layihə səfiri seçdik. Orada bir neçə saniyə balabanda “Dream of My Country” mahnısını ifa etməli, sonra bütün bunları açıqlamalı idi.

Müqavilədə bənd var idi ki, qarşıdakı 10 il ərzində "Barca Legends" (Barsa Əfsanələri) komandası ilə 3 yoldaşlıq oyunu keçirə bilərik.

Избранный
35
1
publika.az

2Источники