RU

Qantas təyyarəsi Sidneyə təcili eniş edib

BAKI, TurkicWorld

Avstraliyanın Qantas aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilot kabinəsində tüstü aşkar edildikdən sonra Sidney hava limanına təcili eniş edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, QF643 reysi ilə Sidney-Perth istiqamətində uçan təyyarə havaya qalxdıqdan qısa müddət sonra kokpitdə tüstü müşahidə edilib. Bu səbəbdən pilotlar hava limanına qayıtmaq qərarına gəliblər.

Qantas aviaşirkətinin sözçüsü verdiyi açıqlamada, təyyarə heyətinin bu cür hallarla bağlı xüsusi təlim keçdiyini və bütün təhlükəsizlik prosedurlarına riayət edildiyini bildirib.

Təyyarənin təhlükəsiz şəkildə eniş etdiyi və sərnişinlər arasında xəsarət alan olmadığı qeyd edilib. Hadisənin səbəblərinin araşdırılacağı və lazımi tədbirlərin görüləcəyi vurğulanıb.

Qantas hadisə səbəbindən yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyib.

Избранный
44
turkic.world

1Источники