RU

Bu gündən mayadək....- Bürcləri nələr gözləyir?

“Bu gündən etibarən Merkuri Qoç bürcünə keçəcək və mayın 10-dək bu bürcdə qalacaq". 

 

Sfera.az Haber Globala istinadən xəbər verir ki, bu həftə sürətli düşünməli və tez hərəkət etməli olacağıq.

 

Məşhur astroloq Dinçer Güner bürcləri gün ərzində gözləyən hadisələrə dair proqnoz verib:

 

“Merkuri Qoçda bizi sürətli düşünməyə və dərhal hərəkətə keçməyə sövq edəcək. Bu bürc qərar qəbul edərkən və ya fikirlərimizi ifadə edərkən tez addım atmağımıza səbəb olacaq”.

 

Onun sözlərinə görə, bu müddətdə obyektiv olmaq çətinləşir, çünki sürətə görə dayanıb düşünmək imkanımız olmayacaq:

 

“Bu cəldlik danışıq tərzimizdə və bədən dilimizdə də özünü göstərəcək. Gərgin zamanlarda cəld hərəkətə keçmək faydalı ola bilər, lakin bu bizi başqalarının fikirlərinə qarşı dözümsüzlüyə aparacaq. Yeni ideyalar yaratmaq və öyrənmək üçün əla vaxtdır. Lakin Qoç bürcünün dəyişkənliyinə görə sabitliyi qorumaq çətin ola bilər. Bu müddətdə daha çox intellektual müzakirələrimiz, bəzən sərt söhbətlərimiz ola bilər.

 

Planlar qurmaq əvəzinə ani qərarlar verəcəyik, amma bu, sözlərimizin sərt olmasına və başqalarının qəlbini incitməmizə səbəb ola bilər. Tələsik qərarlar verməzdən əvvəl sakit qalmaq və bir neçə dəqiqə düşünmək daha yaxşı olardı. Liderlik keyfiyyətlərimizi nümayiş etdirə biləcəyimiz, cəsarətli qərarlar verə biləcəyimiz bir dövrə qədəm qoyuruq, ancaq kənardan gələn xəbərdarlıqlara çox əhəmiyyət verməyəcəyik. Ünsiyyətdə diqqətli olmaq faydalı olacaq".

 

 

Fidan Hacızadə
 

Избранный
12
2
sfera.az

3Источники