RU

Britaniya "TikTok"a qarşı irimiqyaslı istintaq başladıb

Bakı.Trend:

Britaniyanın İnformasiya Komissarının İdarəsi (ICO) sosialşəbəkədə azyaşlılara aid şəxsi məlumatlardan istifadə ilə bağlı“TikTok” şirkətinə qarşı “irimiqyaslı istintaqa” başlayıb.

Trend xəbər verirki, bu barədə BBC məlumat yayıb.

Britaniyanın İnformasiya Komissarı Con Edvardsın sözlərinə görə,qurum Çində mərkəzləşən sosial şəbəkənin məlumat toplamapraktikasını, o cümlədən, 13-17 yaşları arasında uşaqlardanməlumatların toplanması daha sonra isə gələcəkdə onların əsasındaazyaşlılara videotövsiyələrin təqdim edilməsini təmin edənalqoritmin özəlliklərini araşdıracaq.

Komissar mövcud alqoritmlərin uşaqlara aid məlumatlarıninternetə sızdırılmasına şərait yarada biləcəyindən ehtiyat edir.Həmçinin, idarə uşaqların təqdim olunan videolara görə mobilcihazlar arxasında normadan çox (sağlamlığa zərərli olacaqsəviyyədə) vaxt keçirməsinə səbəb olub-olmadığını araşdıracaq.

“TikTok”dan BBC-nin sorğusuna cavabda bildiriblər ki, şirkətinfəaliyyəti yeniyetmələrin şəxsi məlumat toxunulmazlığını vətəhlükəsizliyini qorumaq məqsədi daşıyan ciddi və genişəhatəliölçülərə əsaslanır.

Məqalədə:
Избранный
22
az.trend.az

1Источники