Nihat Kahveci "Qalatasaray" - "Kasımpaşa" matçı haqqında fikirlərini səsləndirib..

Offsideplus.az xəbər verir ki, türkiyəli veteran futbolçu İstanbul nəhənginin performansını bəyənmədiyini deyib. O, Osimhenin komandada olan təsirindən də danışb. Kahveci, bunları deyib:

 "Bu gün məğlub olmadılar, amma bu heç-heçələr məğlubiyyət kimi hiss olunur. Düşünürəm ki, "Qalatasaray" azarkeşləri hazırda inanılmaz dərəcədə əsəbidir. Allaha şükürlər olsun ki, transferin son günündə Osimheni aldılar. Yoxsa "Qalatasaray" bu oyunla çətin ki, ilk "10-luq"da yer alardı".