RU

"Biz nümunəvi ailə idik, amma ayrıldıq"

"Ata qayğısı görməmişəm. Atam rəhmətə gedəndə 5 yaşım olub. Ata necə olur, onu yaşamamışam. Hər iki hissi də anamda görmüşəm. Amma çalışıram ki, oğlum o hissi yaşasın. Atanın necə olduğunu görsün, hiss etsin. Müəyyən qədər münasibətimizi balanslaşdırıram".

Publika.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Müşfiq Şahverdiyev "Pərvizə görə" verilişində deyib.

Aktyor ayrıldığı həyat yoldaşı Aynurədən danışıb. Müşfiq bildirib ki, oğlu Ukraynada yaşayır:

"Oğlum Ukraynadadır. Bu da bir qismətdir, iki ildən çoxdur ki, oradadır. Ayrılıq yalnız mənim başıma gəlməyib. Evlənənlər tez ayrılır. Problemin nə olduğunu bilirəm, bu mövzuda danışmaq istəmirəm. Boşanmalar çoxdur. Bizim ailə həmişə nümunəvi idi. Dostlarım deyirdilər ki, baxırıq, fəxr edirik, bir-birinizə necə diqqət ayırırsınız. Ailəmlə gəzintiyə çıxmağı çox sevirdim, demək olar ki, dincəlirdim. Rayonlarımızı gəzirdik, tez-tez Ukraynaya, Türkiyəyə gedib-gəlirdik. Müəyyən səbəblərdən bu, baş verdi. Oğlum Ukraynada anasının yanındadır. Münasibəti saxlamışıq. Oğlumla da, keçmiş həyat yoldaşımla da danışırıq, dost kimi dərdləşirik, söhbətləşirik. Murad da böyüyüb, yekə kişi olub. Bu il birinci sinfə gedəcək. Onu məktəbə yola salmaq üçün avqustda Ukraynaya gedəcəyəm".

Избранный
125
16
publika.az

10Источники