RU

Azərbaycanın dəniz limanlarında gəmilərin giriş-çıxışına qoyulmuş qadağa aradan qaldırılıb

Hava şəraiti ilə əlaqədar olaraq Azərbaycanın bütün dəniz limanlarında gəmilərin giriş-çıxışına qoyulmuş qadağa aradan qaldırılıb.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

“Azərbaycanın bütün dəniz limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar gəmilərin giriş-çıxışına qoyulmuş qadağa aradan qaldırılıb. Hazırda əvvəlki qaydada fəaliyyət davam etdirilir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Azərbaycanın bütün dəniz limanlarında gəmilərin giriş-çıxışına qadağa qoyulmuş, dənizdəki bütün gəmilər xüsusi sığınacaqlara yerləşdirilmişdi.

// APress.az

Избранный
10
1
apress.az

2Источники