RU

Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB - HESABAT

Dövlət başçısı tərəfindən ləğv edilən “Azərbaycan Sənaye Korporasiyası” ASC 2023-cü il üzrə hesabatı açıqlanıb. 

FED.az xəbər verir ki, ASC 2023-cü il xalis zərərlə başa vurub.

Belə ki, dövlət qurumu illik 2023-cü ili 8 milyon 948 min manat xalis zərərlə başa vurub. Halbuki, bu 2022-ci ildə 46 milyon 202 min manat xalis mənfəət əldə etmişdi.

 

Şirkətin gəlirləri ötən il 326,1 milyon manat olub. Gəlirlər son bir ildə 108,1 milyon manat və ya 25% azalıb.

Bundan başqa satışın maya dəyəri 312,2 milyon manat, ümumi və inzibati xərcləri 21,1 milyon manat , satış və paylanma xərcləri 6,5  milyon manat, köhnəlmiş mal-material ehtiyyatları üzrə təminat xərcləri 261 min manat  debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərəri 604 min manat , maliyyə xərcləri 933 min manat, digər gəlirləri 3 milyon 332 min manat,  mənfəət vergisi ödəmələri isə 1 milyon 956 min manat  təşkil edib.

image

Избранный
35
fed.az

1Источники