Bosniya və Herseqovinada 3,2 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Episentri Qaçko şəhərindən 9 kilometr aralıda olan zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat olmadığı bildirilir.