RU

Danimarka Ukraynaya qoşun göndərə bilər – Baş nazir açıqladı

Danimarka hökuməti Ukraynaya mümkün sülhməramlı qüvvələrin bir hissəsi kimi qoşunlarını göndərməkdə “açıq fikirli” olduğuna işarə edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen Böyük Britaniyanın Baş naziri Keir Starmerin ev sahibliyi etdiyi və bir çox Avropa liderlərinin Londonda iştirak etdiyi Ukrayna sammitindən sonra Danimarkanın “TV2” telekanalına danışarkən məlumat verib .

Davam edən münaqişəyə baxmayaraq Avropanın təhlükəsizliyi ilə bağlı nikbinliyini ifadə edən Frederiksen ardınca deyib“Biz öz qitəmizin təhlükəsziliyini təmin etməliyik və mən əslində optimistəm. Liderlik var. Əminəm ki, düşmənlərimiz buradakı görüşümüzü bəyənməyəcəklər”.

Frederiksen bununla belə bildirib ki, Avropa qoşunları Ukrayna ərazisinin hər qarışını qoruması çətin olacaq.

“AzPolitika.info”

Избранный
31
1
azpolitika.info

2Источники