RU

“VMF”dən oğurluq edən Çin vətəndaşlarının məhkəməsi başlayıb

Bakıda “VMF Continental” mağazasından bahalı saat oğulamaqda təqsirləndirilən Çin Xalq Republikasının vətəndaşları Zhang Guomin və Liu Bonun cinayət işləri üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxslər tərcüməçi ilə təmin olunub.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar verilib.

Məhkəmənin ilkin baxış iclası martın 12-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən “VMF Continental” mağazasında qeydə alınıb.

Oraya gələn naməlum şəxs “Breguet” markalı qol saatını gizli yolla talayıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur.

Избранный
46
9
moderator.az

10Источники