RU

İsrailin Hayfa şəhərində insanlara bıçaqlı hücum olub

Bakı, 3 mart, AZƏRTAC

İsrailin şimalında yerləşən Hayfa şəhərinin mərkəzi avtovağzalında bıçaqla silahlanmış naməlum şəxs insanlara hücum edib.

AZƏRTAC xəbər verir ki, hücum nəticəsində bir israilli həlak olub, dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan üçünün vəziyyəti ağırdır.

İsrail polisinin mətbuat xidmətinin məlumatına görə, hadisəni törədən şəxs öldürülüb.

“Hücumun baş verdiyi yer hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühafizə altına alınıb. Hazırda hadisə yerində araşdırma aparılır”, - deyə məlumatda bildirilir.

 

Избранный
28
32
azertag.az

10Источники