RU

Ankarada ağır yol qəzası: 16 nəfər yaralanıb

Ankara, 3 mart, AZƏRTAC

Bazar ertəsi günü səhər saatlarında Ankaranın Gölbaşı səmtində 16 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, Adanadan paytaxta gedən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini beton maneəyə çırpıb.

Beş sərnişinin vəziyyəti ağır qiymətləndirilir.

Qəza yerinə polis və təcili tibbi yardım briqadaları gəlib.

Yol qəzası zamanı avtobusda 32 nəfərin olduğu bildirilir.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
76
44
azertag.az

10Источники