RU

Gənclər üçün Peşə Bələdçiləri yaradılacaq

Bakı. Trend:

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və TəhsilNazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinintərəfdaşlığı ilə “Gənclərin Peşə Bələdçisi” layihəsinə startverilir.

İctimai Birliyin mətbuat xidmətindən Trend-ə verilənməlumata görə, layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlbetmək, onların motivasiyasını artırmaq, bacarıqları və əmək bazarıehtiyacları arasında körpü yaratmaq üçün “gənclərin peşəbələdçilərini” formalaşdırmağı hədəfləyir.

Peşə təhsilli kadrlara müasir iş bazarında xüsusi ehtiyacolmasını, eləcə də gənclərin bu sahəyə marağının aşağı olduğununəzərə alaraq, layihə çərçivəsində 23-35 yaş aralığında 20 gənclider və məktəb müəllimlərini - multiplayerləri seçərək onlar üçüniki aylıq intensiv təlimlər, 5 günlük düşərgənin təşkili vəLənkəran Peşə Təhsil Mərkəzinə “təhsil səfəri” də nəzərdətutulmuşdur. Bu təlimlər peşə təhsilinin təşviqi, gənclərinbacarıqlarının kəşfi və motivasiyasının artırılması mövzularınıəhatə edəcəkdir.

Təlim proqramı başa çatdıqdan sonra iştirakçılar paytaxt vəbölgələrə göndəriləcək və burada təhsilini davam etdirə bilməyənqızlarla, məktəblilərlə və digər gənclərlə, eyni zamandavalideynlərlə birbaşa görüşlər keçirəcəklər. Bu görüşlərdə ilkinməlumat sessiyaları ilə yanaşı, fərdi diaqnostika, bacarıq kəşfi vəpeşə yönləndirmə sessiyaları təşkil ediləcəkdir.

Layihənin davamlılıq hissəsində, iştirakçılar bölgələrdəkigənclərlə qurulan əlaqələr vasitəsilə peşə təhsilinin əhəmiyyətibarədə məlumatlandırma prosesini davam etdirəcək, bəzən onlaynsessiyalar keçirərək dəstəyi davam etdirəcəklər.

Nəhayət, layihəyə cəlb olunmuş tərəfdaşların vasitəsi iləmaarifləndirmə prosesinin uzun müddət davam etməsi, eləcə də peşətəhsili marağında olan gənclərin dəstəklənməsi davam edəcəkdir.

Müraciət etmək istəyən şəxslər 10 mart tarixinədək qeydiyyatdankeçə bilər: https://forms.gle/6HcFrfydWpg3deuY9

Избранный
29
10
az.trend.az

10Источники