RU

IFAB-dan yeni qayda: “Hakimlərlə ancaq kapitanlar danışa bilərlər”

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) mübahisəli oyun vəziyyətlərinə dair hakimlərlə ünsiyyət haqda yeni qaydanı təsdiqləyib.

Arena.az Beynəlxalq Futbol Assosiasiyaları Şurasının rəsmi saytına istinadən məlumat verir ki, oyun zamanı yaranmış mübahisəli vəziyyətlərlə bağlı, hakimlərlə ancaq komandaların kapitanları ünsiyyət qura bilərlər.

Müvafiq yenilik 2025/2026-cı illər mövsümündən qüvvəyə minəcək. Yeni qayda bir çox yarışlar çərçivəsində sınaq müddəti zamanı özünün səmərəliliyini sübut edib. Xüsusilə 2024-cü ilin yayında Almaniyada keçirilmiş dünya çempionatında yeni qayda uğurla tətbiq edilib.

Müvafiq qayda mübahisəli vəziyyətlər zamanı meydanda hakim və oyunçular arasındakı hərc-mərcliyin, əl-qol hərəkətləri müqabilində sərt fiziki təmasın, söz güləşdirilməsinin, əsəbi oyunçular tərəfindən hakimin ünvanına hörmətsiz ifadələr işəldilməsinin qarşısını alması ilə diqqət çkib.

Избранный
15
arena.az

1Источники