RU

Dövlət Dəniz və Liman Agentliyində “Gəmi agentlərinin hazırlığı” üzrə kurs təşkil olunacaq

Bakı, 3 mart, AZƏRTAC

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) cari il aprelin 1-4-də “Gəmi agenti haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq “Gəmi agentlərinin hazırlığı” üzrə kurs təşkil olunacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, məqsəd dəniz nəqliyyatı sahəsində yük və sərnişin daşımalarının təşkilində səmərəliliyin yüksəldilməsi, dəniz nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şərait yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, eləcə də gəmilərin liman əməliyyatları zamanı vaxt itkisinin minimuma endirilməsidir.

“Gəmi agenti haqqında Əsasnamə”də (https://e-qanun.az/framework/30408) nəzərdə tutulan tələblərə cavab verən hüquqi və ya fiziki şəxslər sözügedən kursda iştirak etmək məqsədilə Agentliyə rəsmi məktubla müraciət edə bilərlər.

Bildirilib ki, gəmi agenti xidmətləri Azərbaycan Respublikasında qeydiyyata alınmış hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən göstərilə bilər.

Müraciət üçün son tarix martın 14-dir.

Избранный
15
1
azertag.az

2Источники