RU

“Real Sosyedad” “Barselona” ilə oyunda uğursuz statistikaya imza atıb

Bakı, 3 mart, AZƏRTAC

“Real Sosyedad” klubu ötən gün İspaniya La Liqasının XXVI turunda “Barselona”ya 0:4 hesabı ilə uduzduqları səfər görüşündə uğursuz statistikaya imza atıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Bask təmsilçisi 90 dəqiqə ərzində rəqib qapısı qarşısında qol epizodu yarada bilməyib.

Qonaqların futbolçusu Arits Elustondo 17-ci dəqiqədə qırmızı vərəqə alıb və bununla da komanda qarşılaşmanın böyük hissəsini azlıqda oynayıb.

Yekun statistikaya əsasən, “Real Sosyedad” matç ərzində cəmi 24 faiz topa sahib olub.

Qeyd edək ki, oyundan sonra xallarını 57-yə çatdıran Kataloniya klubu turnir cədvəlində liderliyə yüksəlib. Qonaqlar isə 34 xalla 9-cu pillədə qərarlaşıb.

Избранный
48
1
azertag.az

2Источники