RU

“Bir ovuc dünya” adlı sənədli filmin ictimai baxışı keçirilib – FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Ermənistanın Azərbaycana qarşı törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” adlı sənədli filmin ictimai baxışı keçirilib.

“Poliqon” xəbər verir ki, işğal dövründə ekosidin baş verdiyi ərazilər, işğalçıların təbiətə qarşı amansız, qeyri-insani rəftarının faktlarla təqdim olunduğu sənədli filmin baxışında ETSN yanında İctimai Şuranın üzvləri, ekologiya sahəsi üzrə mütəxəssislər, alimlər, ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Ermənistanın işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidin miqyasının nümayiş olunduğu filmdə ərazidə aparılan son tədqiqat və araşdırmaların nəticələri də açıqlanır.

Məlumat üçün bildirək ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi sənədli filmin çəkilişlərinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Filmin ilk təqdimatı isə 2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda ingilis dilində baş tutub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

061A7546

061A7540

061A7542

061A7554

061A7591

061A7596

061A7592

061A7603

061A7600

061A7599

061A7633

061A7669

Избранный
39
2
poliqon.az

3Источники