1974-cü ildə Polşa Milli Muzeyindən oğurlanan rəsm əsəri Niderlandda tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərdə rəsmin oğurlanmış sənət əsərləri siyahısında olduğunu bilmədən, ötən ilin sonunda Quda Muzeyində sərgiləndiyi bildirilib.
Oğurlanmış rəsmin Pieter Brueghel de Jonga aid olduğu bildirilib. Qeyd olunub ki, əsər naməlum şəxsdən götürülüb və hadisə ilə bağlı araşdırma başladılıb.
Polşanın rəsmin geri qaytarılmasını və hüquqi yardım istədiyi bildirilib.