Soltan Yol
Fərəhlənə bilmirsən, çünki gerçəkliyi ötə bilmirsən.
*
Nikbin – gerçəkliyi ötüb keçən.
Bədbin – gerçəklikdə ilişib qalan.
*
Nikbin – özünü xilas edən.
Bədbin – xilası qıraqdan gözləyən.
*
Çıxılmazlıq – gerçəkliyin bitdiyi yer.
Həqiqət – imkanın başladığı yer.
*
Nikbin – çıxılmazlıqdan çıxan, imkana çatan.
Bədbin – çıxılmazlıqdan çıxa bilməyən.
*
Gerçəklik – çıxılmazlıq tələsidir, həqiqət – azadlıq imkanı.
*
Gerçəkliklə barışan məsuliyyətini itirir.
*
Bədbinlikdə düşüncə gerçəkliyə bərabər olur.
*
Nikbinlikdə düşüncə gerçəkliyi ötür.
*
Bədbin gerçəkliyə ilişib qalır, nikbin gerçəkliyi ötür.
*
Bədbin inamsızlığa məğlub olur, nikbin inama yüksəlir.
*
Bədbin gerçəkliyə inanır, nikbin mahiyyətə.
*
Bədbin gerçəklikdə itir, nikbin mahiyyətdə özünü tapır.
*
Bədbin imkana, nikbin imkansızlığa inanmır.
*
Bədbin keçmişdən çıxa bilmir, nikbin gələcəyi qurur.
*
Nöqsanla hamı yıxılır, amma hamı nöqsanı yıxa bilmir.
*
İnamsızlıq qorxu ilə gəlir.
İnam cəsarətlə gələcək.
Fevral 2025.