RU

Tramp "KQB"nin agenti olub? - Keçmiş rəisdən İDDİA

Qazaxıstan kəşfiyyat xidmətinin keçmiş rəisi Alnur Musayev ABŞ Prezidenti Donald Trampla bağlı şok iddia ilə çıxış edib.

Modern.az-ın "The Hill" nəşrinə istinadən verdiyi məlumata görə, o, Donald Trampın SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən əməkdaşlığa cəlb edildiyini iddia edib.

Musayev deyir ki, Tramp 1987-ci ildə, hələ 40 yaşında olarkən daşınmaz əmlak maqnatı kimi Moskvaya ilk səfərini edib və bu zaman KQB tərəfindən işə götürülüb.

Musayev heç bir sübut təqdim etməyib. O, Trampın dosyesinin Vladimir Putinin əlində olduğunu iddia edib.

Qeud edək ki, Musayev belə bir iddia ilə çıxış edən yeganə keçmiş DTK zabiti deyil. Bir neçə il əvvəl KQB-nin keçmiş mayoru, hazırda Vaşinqtonda yaşayan Yuri Şvets də Trampın DTK-yə işlədiyini iddia edib.

Избранный
20
50
modern.az

10Источники