Bu gün Misli Premyer Liqasında XXV tura start veriləcək.

Offsideplus.az xəbər verir ki, turun ilk görüşü autsayderlər arasında baş tutacaq.

Belə ki, Premyer Liqada yerini qorumaq üçün mübarizə aparan "Səbail" "Şamaxı"nı sınağa çəkəcək. Hazırda 18 xalla sonuncu pillədə qərarlaşan Bakı klubu 8-ci yerdə olan şamaxılıları 3 xal üstələyir.

Matç saat 17-də başlanacaq.

Oyunun canlı nəticəsini saytımız vasitəsilə izləyə bilərsiniz.

3 mart (bazar ertəsi)

“Səbail” – “Şamaxı” 0:0 (birinci hissə)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov

VAR: Rəşad Əhmədov

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“ASCO Arena”