RU

Putin Zelenski-Tramp mübahisəsinə necə reaksiya verib?


Kremlin sözçüsü Dmitri Peskov ötən cümə günü Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə görüşündə baş verənləri şərh edib.
Yeniavaz.com
xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinin məsələdən xəbərdar olduğunu bildirib.
Putinin Ağ Evdəki mübahisəyə necə reaksiya verdiyini soruşduqda isə Peskov Rusiya liderinin bunu təbii qəbul etdiyini deyib.
“Cümə günü Ağ Evdə baş verənlər, şübhəsiz ki, Ukrayna ilə bağlı sülh məsələsinin nə qədər çətin olacağını açıq şəkildə göstərdi. Kiyev rejimi və Zelenski sülh istəmirlər, onlar müharibənin davam etməsini istəyirlər", - Peskov bildirib.
Vaşinqtondakı mübahisəyə gəlincə, Kremlin sözçüsü qeyd edib ki, Zelenski əsasən tam diplomatik bacarıqlarının olmadığını nümayiş etdirib.
Избранный
159
50
yeniavaz.com

10Источники