RU

"Azərneftyağ" 2030-cu ilədək paytaxtdan köçürüləcək - Elşən Hacızadə

Bakı. Trend:

Bakıda Neft Emalı Zavodunun şəhərdən köçürülməsi ilə bağlı 2sssenari var, bunlar qapalıdır. Bu zavodda modernizasiya prosesigedir.

Trend xəbərverir ki, bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsininmüdiri Elşən Hacızadə Təbii ehtiyatlar, energetika və ekologiyakomitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi:nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışızamanı deyib.

O bildirib ki, zavod artıq "Avro-5" standartlı dizel yanacağı vəbenzin istehsal edib:

"2025-ci ildən zavodun rekonstruksiyanın ikinci fazasına keçidolacaq. Zavodun köçürülməsi, yoxsa ikinci faza istiqamətindəinkişafa getməsi ilə bağlı fikir mübadiləsi aparılır. Bussenarilərə baxılır. Yəqin ki, bu il ərzində məlumat çıxacaq. Həriki ssenaridə əgər yeni zavod tikəcəyiksə, o da 2030-2031-ciillərdə nəzərdə tutulur. Modernizasiya prosesi davam edəcəksə də,bu da eyni vaxtda nəzərdə tutulur".

Elşən Hacızadə əlavə edib ki, zavodun 70 ildən çox tarixivar.

"Ona qoşulan zavod var - "Azərneftyağ", təxminən 130 yaşı var.Həmin "Azərneftyağ" hər iki ssenaridə köçürüləcək. Modernizasiyadavam etsə də, 2030-cu ilədək köçürüləcək. Həmin zavodun 30 faizistehsalı "Azərneftyağ" hissəsində keçir. Gərək modernizasiyabitsin ki, zavodu köçürə bilək”, - deyə şöbə müdiri qeyd edib.

Məqalədə:
Избранный
132
6
az.trend.az

10Источники