RU

Bakı Neftayırma Zavodu köçürülür

Bakı Neftayırma Zavodunun Bakıdan kənara nə zaman köçürüləcəyinə aydınlıq gətirilib.

FED.az xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə məlumat verib.

Elşən Hacızadə deyib ki, bununla bağlı iki ssenari var: “Biri modernləşdirmə layihəsidir. Burada zavodun köçürülməsi, yoxsa ikinci faza istiqamətində inkişafı getməsi məsələsi var. Hər iki ssenariyə baxılır. Biz yeni zavod tikəcəyiksə, 2030-2031-ci ilə nəzərdə tutulur”.

Nazirlər Kabinetinin şöbə müdiri bildirib ki, zavodun 2030-cu ilə qədər köçürülməsi nəzərdə tutulur.

***

Neft Emalı Zavodunun Bakıdan kənara köçürülməsi təklif olunub.

Belə təkliflə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.

Qüdrət Həsənquliyev bildirib ki, paytaxtda tez-tez xoşagəlməz qoxu hiss edilir: “Nə vaxt Neft Emalı Zavodu şəhərdən kənara çıxarılacaq? Allah eləməsin, qəza olsa, şəhərdə nəfəs almaq mümkün olmayacaq”.

Deputat elektrik stansiyalarının və SOCAR-ın özəlləşdirilməsini də təklif edib. (Apa)

Избранный
36
5
fed.az

10Источники