RU

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Qazaxıstanın “Sosial Tibbi Sığorta Fondu” arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 3 mart, AZƏRTAC

Qazaxıstanın Baş naziri Oljas Bektenovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Qazaxıstanın “Sosial Tibbi Sığorta Fondu” arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında Anlaşma Memorandumu imzalanıb.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sənədi agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Qazaxıstanın “Sosial Tibbi Sığorta Fondu”nun sədr müavini Saule Tajibayeva imzalayıblar.

Memorandumun məqsədi icbari tibbi sığorta sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, səmərəli və faydalı tərəfdaşlıq münasibətləri qurmaq, sistemin daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

Memorandum çərçivəsində icbari tibbi sığorta ilə bağlı qanunvericilik və informasiya texnologiyalarından istifadə etməklə işin idarəedilməsi məsələləri üzrə təcrübə mübadiləsi, sözügedən sahədə müşavirə, forum və seminarların təşkili kimi məsələlər nəzərdə tutulub.

Tərəflər Memorandum çərçivəsində müəyyən edilən məqsədlərin həyata keçirilməsi üçün birgə planlar hazırlayacaq və qarşılıqlı məsləhətləşmələr aparacaqlar.

Избранный
48
1
azertag.az

7Источники