RU

Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində monitorinq həyata keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında“Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunfəaliyyəti çərçivəsində Azərbaycan Respublikası SəhiyyəNazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə monitorinqhəyata keçirilib.

Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindənməlumat verilib.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili(ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımıhaqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" AzərbaycanRespublikasının qanunları əsasında təşkil olunmuş monitorinqininməqsədi bu müəssisədə saxlanma şəraiti və rəftar məsələlərininaraşdırılması, eyni zamanda, müəssisənin fəaliyyəti ilə yaxındantanışlıq olub.

Cinayət işləri üzrə barəsində həbs qətimkan tədbiri seçilməyənvə polis nəzarətində olan, müvəqqəti saxlama yerlərində saxlanılanşəxslərin, həmçinin cinayət işləri üzrə barəsində həbs qətimkantədbiri seçilmiş istintaq təcridxanalarında saxlanılantəqsirləndirilən şəxslərin həmin Mərkəzdə psixiatrik ekspertizayacəlb edilməsi zamanı qanunvericiliyin tələbləri ilə müəyyən edilmişhüquqlarının təmini məsələləri öyrənilib.

İşçi qrupun həkim üzvünün də iştirak etdiyi monitorinq zamanıMərkəzin ambulator və stasionar şöbələrinə, inzibati binasına,komissiya, konvoy və polis post otaqlarına baxış keçirilib.

Monitorinq zamanı kamera tipli palatalarda saxlanılan şəxslərləkonfidensial söhbətlər aparılıb, qidalanma, gəzinti, sovqat qəbuluilə bağlı müvafiq hüquqların təmini vəziyyəti araşdırılıb.

Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləriMərkəz rəhbərliyinə təqdim edilib, ölkə qanunvericiliyində vəbeynəlxalq sənədlərdə əks olunmuş müvafiq tələblər diqqətəçatdırılıb, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsiilə bağlı tövsiyələr verilib.

Monitorinq zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasıilə əlaqədar müvafiq quruma müraciət ünvanlanıb.

Məqalədə:
Избранный
30
23
az.trend.az

10Источники