RU

Fidanın bu sözləri İranı dəli edib: Xəbərdarlıq etdilər ki...

İran Türkiyənin xarici işlər naziri Hakan Fidanın Tehranın Suriya siyasəti ilə bağlı açıqlamalarını dağıdıcı adlandırıb.

Publika.az xəbər verir ki, İranı qəzəbləndirən Fidanın “Əl-Cəzirə” telekanalına müsahibəsi səbəb olub. Fidan həmin müsahibədə bildirib ki, İranın Suriya siyasəti Tehrana böyük resurs və itkilər bahasına başa gəlib.

Fidan Suriya münaqişəsində, o cümlədən Ankaranın dəstəklədiyi silahlılara qarşı iştirak edən iranpərəst qruplara işarə edib. O vurğulayıb ki, “köhnə səhvlər təkrarlanmamalıdır”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu açıqlamalara cavab verib və qeyd edib ki, “bəzi türk həmkarları öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər”.

Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına uyğun təhlükəsizlik sisteminin yaradılması olmalıdır.

Избранный
22
24
publika.az

10Источники