RU

Azərbaycanda könüllü sığorta bazarı 20%-ə yaxın böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən toplanılmış könüllü sığorta haqqlarının həcmi140,6 milyon manat olub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə22,3 milyon manat və ya 18,9% çoxdur. Belə ki, 2024-cü ilin ilkayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləritərəfindən toplanılmış könüllü sığorta haqqlarının həcmi 118,3milyon manat idi.

Bəhs olunan dövrdə bu sığorta sinifi üzrə ödənişlərin həcmi 37,5milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 7 milyonmanat, yaxud da 23% çoxdur. Ötən ilin yanvar ayında ayındaAzərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindənödənilmiş könüllü sığorta ödənişlərinin həcmi 30,5 milyon manatidi.

Ötən ay bu sığorta növü üzrə toplanılmış hər 100 manat sığortahaqqından 26,7 manat sığorta ödənişi edilib ki, bu da, illikmüqayisədə 0,9 manat artıqdır. Ötən ilin müvafiq dövründə bu məbləğ25,8 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eynizamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərininxətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu daəvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.

Избранный
12
12
az.trend.az

10Источники