RU

Psixoloji yardım üçün yeni dövlət standartların hazırlanması müzakirə olunub

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndə heyəti Ombudsman (Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili), TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramının əməkdaşlığı çərçivəsində təşkil olunan Psixi Sağlamlıq Forumunda iştirak ediblər.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, forumda “Psixoloji yardım” standartlaşdırma üzrə Texniki Komitə-nin (AZSTAND/TK49) yaradılması və psixoloji yardım xidmətlərinin keyfiyyətini artırılması, mövcud resursların optimallaşdırılması və ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə yeni dövlət standartlarının hazırlanması müzakirə edilib.

Forumda psixi sağlamlıq sahəsi üzrə əhəmiyyətli müzakirələr aparılıb və bu sahədəki yeniliklər haqqında məlumat verilib.

Tədbirdə psixoloji və nitq inkişaf mərkəzlərinin rəhbərləri, bir sıra universitetlərin müəllim və professor heyəti, 2 saylı psixiatriya xəstəxanası və Respublika Psixiatriya Xəstəxanasının baş həkimləri və həkim heyəti, psixologiya sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

 

Избранный
55
2
azertag.az

3Источники