RU

Hərəsindən bir ədəd qalıb - Dünyanın ən bahalı avtomobillərinin qiyməti - SİYAHI

Dünyada ən bahalı avtomobillər arasında bir neçə markanın modelləri öndə gedir.

Sözügedən avtomobillərin qiyməti isə milyonlarla dollar dəyərində ölçülür.

Bu avtomobillər təkcə nadirlikləri və eksklüzivliyi ilə deyil, həm də daha üstün mühəndislik nümunəsi kimi və xüsusi dizaynları ilə tanınır.

2025-ci ilin məlumatlarına əsasən, dünyada ən bahalı beş avtomobil bunlardır:

“Rolls-Royce Sweptail” – 13 milyon dollar qiymətə malik olan bu avtomobil xüsusi sifarişlə hazırlanıb və “Rolls-Royce”un eksklüziv dizayn anlayışını təcəssüm etdirir.

“Pagani Zonda HP Barchetta” – Bu avtomobilin qiyməti 17,5 milyon dollar civarındadır. “Pagani”nin yüksək performans və unikal dizaynını təmsil edir.

“Bugatti La Voiture Noire” – Bu model təxminən 18 milyon dollar qiymətə malikdir. “Bugatti”nin xüsusi olaraq yeganə nümunə kimi istehsal etdiyi bu avtomobil dünyanın ən bahalı avtomobillərindən biri hesab olunur.“Ferrari 250 GTO” – Klassik avtomobil kolleksiyaçıları arasında çox məşhur olan bu “Ferrari” 70 milyon dollara qədər satış qiymətinə malikdir. Ən qiymətli klassik avtomobillərdən biridir.

“Mercedes-Benz 300 SLR Uhlenhaut Coupe” – 143 milyon dollar qiymətindədir. Bu model “Mercedes-Benz”in nadir və əfsanəvi yarış avtomobillərindən biridir.

©İqtisadiyyat.az

Избранный
26
valyuta.az

1Источники