ADP dünyanın azadlıq sevər toplumunu Ukraynanın yanında olmağa çağırıb...Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları ilknövbədə Azərbaycana qarşı qərəzli, düşmən münasibəti ilə tanınan, RF Dövlət Dumasınındeputatı K.Zatulinin insanlıq əleyhinə bir sıra qatı cinayətlər törətmiş, əlləri xalqımızın qanınabulaşan və bu gün ədalət məhkəməsi kürsüsünə çıxarılan erməni separatçılarının “repressiyaqurbanı” olması ilə bağlı səsləndirdiyi bədnam bəyanata münasibət bildirib. Partiya yetkililəriadı çəkilən şəxsin zaman-zaman xalqımızın əleyhinə obyektivlikdən uzaq, qərəzli çıxışlarını onaxatırlatmaqla, bu gün məhkəməsi qurulan şəxslərin ən qatı cinayətlərdə əli olduğunu, 20 əsrin əndəhşətli faciəsi sayılan Xocalı soyqırımında bilavasitə iştirak etdiklərini diqətə çatdırıb və onunbu cür şəxsləri “repressiya qurbanı” olması barədə bəyanatını qətiyyətlə rədd edib.İdarə Heyəti “Freedom House” insan haqları müdafiə təşkilatının son bəyanatındaAzərbaycanı azad olmayan ölkələr sırasında olması, jurnalistlərin ən çox həbs olunduğu ölkəkimi göstərməsi faktından ciddi narahat olduğunu bildirib. Partiya rəsmiləri, bu bəyanatınobyektiv reallığı əks etdirdiyini qeyd edib və son vaxtlar ölkədə bu və ya digər adlar altındaçoxlu sayda jurnalistlərin, siyasi aktivlərin həbs edilməsi faktının qonşu dövlətlər tərəfindəntəhdidlərin artdığı bir zamanda vətəndaş həmrəyliyinə, milli birliyə xidmət etmədiyini diqqətəçatdırıb və hakimiyyəti insan hüquq və azadlıqları, söz, mətbuat azadlığı ilə bağlı üzərinəgötürdüyü öhdəlikləri yerinə yetirməyə, həbs edilən jurnalistləri gözlənilən əfv siyahısına daxiletməyə çağırıb.İdarə Heyəti son vaxtlar ölkəyə daxil olan və ya ölkəmizdə istehsal olunan insanorqanizmi üçün zərərli olan, vaxtı keçmiş bir sıra mühüm qida, ərzaq mallarının əhaliyəsatışından, insanların bu qidalardan müxtəlif ağır xəstəliklərə düçar olmasından, xüsusilə zəhərlispirt satışı nəticəsində 15 sakinimizin dünyasını dəyişməsindən ciddi narahat olduğunu bildiribvə hakimiyyəti qida təhlükəsizliyi üzrə tədbirlər görməyə, əhaliyə bu cür zərərli, vaxtı keçmişməhsulları satan şəxsləri və şirkət sahiblərini ciddi cəzalandırmağa, qanun qarşısındacavabdehliyini təmin etməyə çağırıb.İdarə Heyəti qonşu İran parlamentində adı çəkilən ölkənin konstitusiyasında milli dillərininkişafı ilə bağlı müddəaya uyğun olaraq təqdim olunan layihənin geri qaytarılması, milli dildəədəbiyyata yenidən qadağalar qoyulmsı faktına diqqət çəkib və bu halı orada yaşayançoxmilyonlu türk soydaşlarımıza, eləcə də digər xalqların dilinə, mədəniyyətinə qarşıdiskriminasiya siyasəti kimi dəyərləndirib.İdarə Heyəti bir neçə gün öncə ABŞ prezidenti ilə Ukrayna prezidenti arasında baş tutangörüşün nəticələrinə də münasibət bildirib və bu görüşdə ABŞ prezidenti D.Trampın və onunvitse prezidentinin Ukrayna prezidenti V.Zelenski ilə heç bir diplomatik normaya sığımayanqaydada rəftarını qətiyyətlə pisləyib. İşğalçı, dikatator Putini öz adı ilə çağırmaqdan çəkinənTrampın öz xalqının azadlığı, suverenliyi uğrunda ləyaqətlə mübarizə aparan Zelenskiyə“diktator” deməsinin nə qədər məntiqsiz olduğuna diqqət çəkən partiya yetkililəri özünü dünyadademokratiyanın qoruyucusu kimi tanıdan ölkənin adına ləkə olduğunu bildririb. Qeyd edilib ki,Rusiya ilə Ukrayna arasında yaranmış hərbi konfliktin Rusiyaya verilən hədsiz güzəştlərhesabına həll edilməsi nəinki postsovet məkanına daxil olan ölkələri üçün, həmçinin Avropanınözü üçün təhlükəsizliyin təhdid altına düşməsinə gətirib çıxara bilər. Partiya rəsmiləri ABŞprezidentinin hadisələrə merkantil maraqları çərçivəsində yanaşmasını qınamaqla bütündünyanın azadlıq sevər insanlarını Ukrayna xalqının haqlı mübarizəsinə dəstək verməyə çağırıb.İdarə Heyəti Avropa dövlətlərinin Ukrayna ilə bağlı Londonda keçirilən zirvə görüşününnəticələrinə münasibət bildirib və sammitə daxil olan dövlətlərin Ukraynanın Rusiya işğalınaqarşı mübarizəsini dətəkləməsini, ona bundan sonra da hər cür maddi, mənəvi, siyasi yardımgöstərmələri barədə təşəbbüslərini yüksək dəyərləndirib, eyni zamanda hakimiyyəti də buməsələdə Ukrayna ilə həmrəy olmağa, qardaş Türkiyənin Ukraynaının suverenliyi, ərazibütövlüyü ilə bağlı sərgilədiyi prinsipial mövqeni davam etdirməyə çağırıb.İdarə Heyəti Pakistan baş naziri N.Şərifin ölkəmizə səfəri, səfər zamanı müzakirə olunanməslələr barədə fikir mübadiləsi aparıb və Pakistanla Azərbaycan arasında bu günə qədər olanəlaqələri daha yüksək səviyəyə qaldırmaq, qarşlıqlı faydalı əmakdaşlığı, dostluq münasibətləriniyeni zəmində inkişaf etdirmək üçün səyləri gücləndirməyin vacibliyini diqqətə çatdırıb.İdarə Heyəti Suriyada formalaşan yeni hakimiyyətlə Azərbaycan arasında əlaqələrməsələsinə diqqət çəkib və bu ölkənin yeni yönətiminin ölkənin idarə olunması ilə bağlıkeçirdiyi böyük tədbirə Suriyada yaşayan və əhalinin böyük bir kəsimini əhatə edən türksoyluvətəndaşların kənarda sxlanmasından təəssüf hissi keçirdiyini bildirib və hakimiyyəti iki ölkəarasında yaranmış yeni əlaqələrində bu fakta xüsusi diqqət ayırmağa, türk düyasının bir parçasıolan Bayırbucaq türkmənlərinin hüquqlarının müdafiəsi üçün lazımı addımlar atmağa çağırıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта