Almaniyanın qərbində yerləşən Mannheim şəhərində avtomobil izdihamın üzərinə sürülüb.
Axar.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Hücum nəticəsində 2 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb. Xəsarət alan şəxslərin vəziyyətinin ağır olduğu vurğulanıb.
Qeyd edilib ki, avtomobilin sürücüsü saxlanılıb.
Polis Mannheim şəhər mərkəzini bağlayıb.